EN

Türkiyə ötən il 3,6 faiz böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə 2025-ci ildə 3,6 faiz böyüyüb.

Banco.azxəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilin son rübünə dair dövri ümumi daxili məhsul göstəricilərini açıqlayıb.

Açıqlanan məlumatlara əsasən, Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artım qeydə alıb.

“Bloomberg HT”nin keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntisi isə ilin yekununda artımın 3,7 faiz səviyyəsində olacağı istiqamətində idi.

TÜİK-in məlumatına görə, ilin son rübündə illik artım 3,4 faiz təşkil edib. Bu göstərici üzrə gözlənti 3,2 faiz idi. Son rübdə rüblük artım 0,4 faiz olmaqla sorğuda proqnozlaşdırılan 0,5 faizdən aşağı qalıb.

Adambaşına düşən ümumi daxili məhsul 2025-ci ildə cari qiymətlərlə 712 min 200 türk lirəsi, ABŞ dolları ifadəsində isə 18 min 040 dollar olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
23
1
banco.az

2Sources