EN

İran TƏKZİB ETDİ: “Zərbə endirməmişik”

İranın Tasnim agentliyi mənbəyə istinadən bildirib ki, “Saudi Aramco”ya məxsus neft emalı zavoduna (NEZ) hücum İran tərəfindən həyata keçirilməyib və bunun İsrailin “saxta bayraq” əməliyyatı olduğu iddia olunur.

KONKRET.az xəbər verir ki, mənbənin sözlərinə görə, İran Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərər vurmaqda maraqlı deyil.

O iddia edib ki, bu cür hücumla İsrail guya region ölkələrinin diqqətini İranda mülki obyektlərə qarşı həyata keçirilən hücumlardan yayındırmağa çalışır.

Mənbə kəşfiyyat məlumatlarına istinadən həmçinin iddia edib ki, İsrailin daha bir neçə “saxta bayraq” əməliyyatı planlaşdırdığı güman olunur və növbəti hədəf kimi BƏƏ-nin Füceyra limanına zərbə endirilə biləcəyi ehtimal edilir.

Natiq Səlim
KONKRET.az

Chosen
19
konkret.az

1Sources