EN

Bəhreyndə ABŞ bazası VURULDU

İran dövlət mediası Bəhreyndə yerləşən ABŞ hərbi hava bazasına raket zərbəsi endirildiyini iddia edib.

Musavat.com xəbər verir ki, “Fars” xəbər agentliyinin yaydığı video görüntülərdə uzaq məsafədə yerləşən hədəflərə raket zərbələrinin endirildiyi əks olunur.

Məlumata görə, pilotsuz uçuş aparatları və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən buraxılan raketlərin birgə hücumu nəticəsində Bəhreynin Şeyx İsa rayonunda yerləşən ABŞ-yə məxsus hava bazasının komanda məntəqəsi və qərargah binası dağıdılıb. İddialara əsasən, zərbə yanacaq çənlərinin partlamasına da səbəb olub.

Rəsmi Vaşinqton hücumla bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Bəhreyni və Yaxın Şərqin bir sıra ölkələrini dərhal tərk etməyi tövsiyə edib.

Musavat.com

Chosen
26
38
musavat.com

10Sources