EN

ADY Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir - CƏDVƏL

ADY
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən 1news.az-a verilən məlumata görə, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.
"Biletləri dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.

Chosen
18
13
1news.az

10Sources