Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib.