EN

"Məzun iş axtarmalı deyil, iş yeri açmalıdır" - Nazir müavini



Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmalıdır. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələrinizi innovasiyaya çevirmək üçün məhsula çevirə bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır.

aia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.

O bildirib ki, “Sabahın alimləri” layihəsi elm, yaradıcılıq, innovasiyalarla bağlıdır: “Müasir dövrdə daha çox müasir texnologiyaları inkişaf etdirən ölkələr ABŞ, Çin, Yaponiya və Cənubi Koreyadır. Bu ölkələr texnoloji sistemin beşinci səviyyəsində yaşayır. Texnoloji sistemin altıncı səviyyəsi 2035-ci illəri əhatə edəcək. Qeyd etdiyim ölkələr altıncı texnoloji sistemə yaxınlaşıblar. Bu gün ən yüksək texnoloji istiqamət süni intellektlə bağlıdır. Hazırda dünyada 600 mindən çox robotlaşmış sistemlər, 4 milyondan çox robot var. Bu gün 10 min işçiyə Cənubi Koreyada 1100 robot düşür.

Süni intellekt insanlara düzgün yol göstərməyə çalışır. O, mənfi obraz yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, süni intellektə düzgün sual verəsiniz və o sizə düzgün yol göstərsin”.



Chosen
2
4
aia.az

5Sources