EN

Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

ain.az, Marja.az portalına istinadən məlumat verir.

Beynəlxalq reytinq agentliyi"S&P Global Ratings" hesabatında Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirildiyini bildirib.

Agentlik bu təşəbbüslərin ölkənin tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq təcrübəyə yaxınlaşdıracağı qənaətindədir.

Agentlik həmçinin Mərkəzi Bankın tərəfindən ötən 3 ildə tənzimləyici təşəbbüslərinin əhatə dairəsi xeyli genişləndirildiyini vurğulayıb.

XXX

Xəbər verdiyimiz, "S&P” beynəlxalq reytinq agentliyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) hesabatını açıqlayıb.

Agentlik BICRA çərçivəsində Azərbaycanın bank sektoru üçün sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib.

Bu müsbət dəyişikliyin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi ilə dəstəkləndiyi qeyd olunub.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
6
marja.az

8Sources