EN

Daha 89 nəfər İrandan Azərbaycana təxliyə edildi – FOTO

Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən təxliyə prosesi davam etdirilir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün Astara SGK məntəqəsindən 89 nəfərin təxliyəsi həyata keçirilib.

Təxliyə olunanlardan 74 nəfəri Çin, 6-sı Azərbaycan, 1-i Türkiyə, 2-si İran vətəndaşı, 6 nəfər isə Slovakiya dövlətinin diplomatik nümayəndəsidir.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu gün saat 10:00-a qədər İrandan Azərbaycana 615 nəfər təxliyə olunub.





Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
56
4
bizim.media

10Sources