“TikTok”da canlı yayımda əxlaqsız ifadələr səsləndirən şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, Oğuz rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən 27 yaşlı M.Cəfərov saxlanılıb.
O, “Yeraz” adlı “TikTok” hesabında canlı yayım açaraq əxlaq normaları ilə bir araya sığmayan hərəkətlərə yol verib. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib
Seymur Əli