EN

Ərəblər İrandan narazıdır - Putin bunu Tehrana çatdıracaq

Vladimir Putin Yaxın Şərq münaqişəsində iştirak edən ölkələrin infrastrukturuna endirilən zərbələrlə bağlı dərin narahatlığını Tehrana çatdıracaq.

"Yeni Sabah" Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin İrandakı vəziyyətlə bağlı təmaslarının vasitəçilik səyləri hesab edilə biləcəyi ilə bağlı sualı cavablandırıb:

"Putin gərginliyin ən azı bir qədər azaldılması üçün əlindən gələni edəcək".

Peskov bildirib ki, bu baxımdan Rusiya Prezidenti martın 2-də demək olar ki, bütün həmsöhbətləri ilə Rusiyanın İran rəhbərliyi ilə apardığı dialoqdan istifadə edərək, İrandakı vəzifədaşlarına "infrastrukturuna endirilən zərbələrlə bağlı dərin narahatlığını" çatdıracağını müzakirə edib.

Xatırladaq ki, Putin BƏƏ Prezidenti Məhəmməd bin Zaid Ali-Nəhyan, Qətər əmiri Təmim bin Həməd Ali-Sani, Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ali-Səudla telefon danışıqları aparıb.


Telegram kanalımız
Chosen
113
yenisabah.az

1Sources