Portuqaliyalı superulduz Kriştianu Ronaldunun 15 yaşlı oğlu Junior Kriştianu atasını geridə qoyub.
Fanat.Az xəbər verir ki, söhbət ata ilə oğul arasında boy fərqindən gedir.
"Transfermarkt"-ın məlumatına görə, futbolçunun oğlu artıq 190 sm-ə çatıb və böyüməyə davam edir. Son üç ildə oğul-Ronaldu 26 sm böyüyüb. Nəzəri olaraq, onun 2 metrə çatacağı bildirilir.
Ata Kriştianu 15 yaşındaykən boyu 175 sm olub, hazırda isə 187 sm-dir.

Ronaldunun oğlu artıq Portuqaliyanın 16 yaşa qədər komandasında vinger kimi oynamağa başlayıb və bu yaxınlarda komandada ilk qollarını vurub.