EN

ABŞ və İsrailin İrana hücumları nəticəsində həlak olanların SAYI

İranda ölənlərin sayı 787 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Qızıl Aypara Cəmiyyətinin məlumatlarına istinadən məlumat yayıb.

Təşkilatın açıqlamasına görə, ABŞ və İsrailin İslam Respublikasına endirdiyi zərbələr nəticəsində 787 nəfər həlak olub. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları, dağıntıların təmizlənməsi, yaralıların daşınması və tibbi yardımın göstərilməsi davam edir.

Tasnim-in digər hesabatında ABŞ-İsrail hücumlarında azı 31 İran əsgərinin öldürüldüyü qeyd olunub. Onların ümumi ölüm statistikasına daxil edilib-edilmədiyi dəqiqləşdirilməyib.

Məlumata görə, İsrailin Kerman şəhərindəki aviabazaya zərbəsi nəticəsində 13, Mazandaran əyalətində isə azı 18 hərbçi həlak olub.

Bundan əlavə, İranın 153 bölgəsində ümumilikdə 1039 zərbə qeydə alınıb və nəticədə ən azı 504 obyektə ziyan dəyib.

Aminə ŞAHSUVARQIZI

Chosen
27
redaktor.az

1Sources