EN

bp şirkəti “Şahdəniz”də sualtı hasilat sisteminin genişləndirilməsini davam etdirir - Vitse-prezident

Bakı. Trend:

bp şirkəti “Şahdəniz”də sualtı hasilat sisteminingenişləndirilməsini davam etdirir.

Trend xəbər verirki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundahasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda keçirilən Cənub QazDəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclasında çıxışındadeyib.

“Beş sualtı cinahın hamısı artıq istirmardadır.Və biz növbətiillərdə əlavə altı quyunun istismara verilməsiniplanlaşdırırıq.Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarınıgücləndirir və region və Avropa bazarları üzrə götürülmüşöhdəliklərin yerinə yetirilməsinə dəstək verir”,- Şou bildirib.

Şou vurğulayıb ki, “Şahdəniz” təhlükəsiz və səmərəli qazistehsalını davam etdirir.

“O, Azərbaycanın Avropa və regional enerji bazarlarıqarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır.Bu il Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının30 ili tamam olur. Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuruilə qürur duya bilərik. Ötən il Şahdəniz yatağı təxminən 27 milyardkubmetr qaz hasil edib və demək olar ki, 100% etibarlılıq səviyyəsinümayiş etdirib”, - bp vitse-prezidenti əlavə edib.

O həmçinin, “Şahdənizin” bp-nin ən iri qaz hasilat layihəsiolduğunu diqqətə çatdırıb

“Hazırda Şahdəniz qurğuları gündə təxminən 77 milyon standartkubmetr qaz hasilatı və emalı gücünə malikdir. TAP boru kəməriningenişləndirilməsindən sonra CQD operatorları 1 yanvar 2026-cı iltarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraqildə təxminən 12 milyard kubmetrə çatdırıb.Bu ötürücülük gücühazırda qüvvədədir və istifadə edilir”,- o bildirib.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçı payları aşağıdakıkimi bölüşdürülür: bp (operator – 29,99%), LUKOIL – 19,99%, TPAO –19,00%, SGC – 16,02%, NICO – 10,00% və MVM – 5,00%.

Məqalədə:
Chosen
9
az.trend.az

1Sources