EN

Mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx hazırlandı

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə qarşı diqqətin artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlığı çərçivəsində hazırlanmış videoçarxın əsas məqsədi vətəndaşları və bölgəyə səfər edən şəxsləri mina xəbərdarlıqedici nişanlara ciddi şəkildə əməl etməyə çağırmaq, təhlükəsizlik qaydaları barədə ictimai maarifləndirməni gücləndirməkdir.

"Cebheinfo.az"

Chosen
3
3
cebheinfo.az

6Sources