EN

Klubunun 35 yaşlı Uelbeklə bağlı yekun qərarı açıqlandı

İngiltərənin "Brayton" klubu hücumçusu Denni Uelbeklə bağlı qərarını qətiləşdirib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 35 yaşlı forvardın sərgilədiyi performansdan məmnun qalan "qağayılar"ın rəhbərliyi onunla müqavilə yeniləməkdə maraqlıdır.

İndiki anlaşmasının müddəti 2027-ci ilin yayında başa çatacaq təcrübəli futbolçunun 2028-ci ilin yayına qədər heyətdə saxlanılması planlaşdırılır.

Uelbek 2024-cü ildən "Brayton"un uğurları üçün çalışır. O, bu mövsüm Premyer Liqada 10 qola imza atıb.

2011-2018-ci illər aralığında İngiltərə millisinin formasını geyinən Denni daha öncə ölkəsində "Mançester Yunayted" və "Arsenal"da da top qovub.

Toğrul

Chosen
15
1
fanat.az

2Sources