EN

Trampdan İrana MESAJ: “Danışıqlar artıq gecdir”

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar aparmaq istəyi ilə bağlı müraciətinə “Artıq gecdir!” cavabını verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Truth Social-da paylaşım edib.

“Onların hava hücumundan müdafiə sistemi, hərbi-hava qüvvələri, hərbi-dəniz donanması və rəhbərliyi yoxa çıxıb. Onlar danışmaq istəyirlər. Mən isə dedim: ‘Artıq gecdir!’” – deyə Tramp yazıb.

Bununla yanaşı, o, The Washington Post qəzetində Mark Tissenin müəllifi olduğu məqaləyə də istinad edib. Məqalədə iddia olunur ki, ABŞ prezidenti İranla “əbədi müharibə”yə başlamır, əksinə, onu başa çatdırır.

Bizim.Media

Chosen
72
bizim.media

1Sources