Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Astana, 3 mart, AZƏRTAC
“Flydubai” aviaşirkəti Dubaydan Astana və Almatıya iki təxliyə reysi həyata keçirərək 306 sərnişini Qazaxıstana çatdırıb.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, vətəndaşların geri qaytarılması üzrə işlər bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə aparılır.
Yaxın vaxtlarda Mədinə və Ciddədən əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.