EN

Rütte: “Mövcud münaqişə fonunda Ukraynaya yardım prioritet olaraq qalmalıdır”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa Yaxın Şərqdəki əməliyyatlarda ABŞ və İsraili dəstəkləməyə davam edir, lakin birbaşa hərbi əməliyyatlarda iştirak etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Mark Rütte Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.

“Avropa hərbi əməliyyata qoşulmadan prosesə cəlb olunur. Birlik dövlətləri ABŞ və İsrailin gördüyü işləri həyata keçirə bilməsi üçün əlindən gələni edir”, – deyə o vurğulayıb.

Rütte əlavə edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin ehtiyatları kifayətdir və mövcud münaqişə NATO ərazisi üçün təhlükə yaratmır. Onun sözlərinə görə, əməliyyatlar başa çatdıqdan sonra İran tərəfindən İsrailə yönələn təhdid xeyli azalacaq.

Bununla yanaşı, NATO-nun baş katibi Ukraynaya yardımın prioritet olaraq qalmalı olduğunu xüsusi qeyd edib. O bildirib ki, Avropa və müttəfiqlər Ukraynanın Rusiya ilə qarşıdurmada mümkün qədər güclü olmasını təmin etməlidirlər.

“Amerikalıları dəstəkləmək üçün əlimizdən gələni etməliyik, eyni zamanda Ukraynanın bu mübarizədə mümkün qədər güclü olmasını təmin etməliyik”, – deyə Rütte yekunlaşdırıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources