EN

İrandan Azərbaycana keçən Rusiya vətəndaşları Moskvaya aparılır

Təhlükəli vəziyyətlə əlaqədar İran ərazisindən Azərbaycana keçmiş Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq üçün ölkələri tərəfindən təyyarə ayrılıb.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS agentliyinə açıqlama verilib.

Nazirliyin yaydığı məlumata əsasən, İran sərhədini quru yolla Azərbaycana keçən Rusiya vətəndaşlarının Moskvaya təxliyəsi məqsədilə Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə xüsusi reys təşkil edilib. Hava gəmisi artıq yola düşüb.

Xatırladaq ki, fevralın 28-dən indiyədək İran istiqamətindən Azərbaycana 127 nəfər Rusiya vətəndaşı təxliyə olunub.

Chosen
22
moderator.az

1Sources