EN

Malik İsaqov Sumqayıtda növbəti səyyar qəbul keçirdi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 03 mart 2026-ci il tarixdə, Sumqayıt şəhəri 12-ci mkr Çerkassi küçəsində yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində keçirildi. 

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi. 

  Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. 

 Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
2
unikal.az

10Sources