AZ

Ağdamda “Ayrılıqdan keçən yol” sənədli filminin təqdimat mərasimi baş tutub - FOTOLAR

03 mart 2026-cı il tarixdə Ağdam Muğam Mərkəzində Vətən Müharibəsi və 1 günlük lokal xarakterli antiterror əməliyyatı zamanı şəhadətə ucalan Ağdam rayonundan olan hərbiçilərin xatirəsinə həsr olunmuş, ssenari müəllifi və rejissoru Teymur Zahidoğluna məxsus “Ayrılıqdan keçən yol” filminin təqdimat mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, şəhidlərin keçdikləri şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib. Tədbirin sonunda qəhrəman şəhidlərin valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 

Seçilən
61
50
unikal.az

10Mənbələr