ABŞ və İsrail qüvvələri Tehrandakı mühüm strateji obyektə zərbə endirib.
Musavat.com xəbər verir ki, paytaxtda yerləşən Mehrabad hava limanı hücuma məruz qalıb. Zərbədən sonra hava limanı ərazisindən qalın qara tüstü qalxıb və şəhərin müxtəlif nöqtələrindən müşahidə olunub.
Hava limanının bəzi hissələrində ciddi dağıntıların olduğu bildirilir. Tehran səmasında bir müddət uçuşların məhdudlaşdırıldığı qeyd olunur.
Musavat.com