EN

ABŞ niyə nüvə dövlətlərinə toxunmur... - Lavrovun dedikləri özü ilə bərabər suallar gətirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ nüvə bombası olanlara hücum etmir.

Bu açıqlama sadəcə bir müşahidədirmi, yoxsa Vaşinqtona ünvanlanmış dolayı ittiham?

Lavrovun xəbərdarlığı daha ciddi geosiyasi ssenarini gündəmə gətirir. Əgər Tehran nüvə silahı əldə etmək yolunu seçərsə, qonşu ölkələr də eyni addımı atmağa başlaya bilərmi? Bu halda Yaxın Şərq və Cənubi Qafqaz nüvə silahlanması yarışının yeni mərhələsinə daxil olmazmı?

Rusiya “nüvə silahının yayılmaması” prinsipinə sadiq olduğunu desə də, böyük güclərin selektiv davranışı bu prinsipi faktiki olaraq zəiflətmir ki? Və nəhayət, hazırda nəzarətdən çıxma riski artan nüvə balansı dünyanı hansı həddə qədər təhlükəyə sürükləyə bilər?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Lavrovun açıqlamasını əslində İran ətrafında baş verənlərə Rusiyanın göstərdiyi münasibətə haqq qazandırması kimi dəyərləndirir. O, Musavat.com-a bunları deyib: "Sözsüz ki, Yaxın Şərqdə xüsusilə, İrandakı hadisələrdən Rusiya həmişə narahat olub və bu coğrafiyadakı dövlətlərin son 25 ildə ABŞ-ın təsirinə keçməsinə zaman zaman müxtəlif bəyanatlardan başqa heç bir cavab verə bilməyib. Bu gün Ukrayna müharibəsində iqtisadi və hərbi cəhətdən kifayət qədər itkilər verdiyindən əvvəllər dəstək verdiyi, hərbi sahələri də özündə əks etdirən strateji müqavilə imzaladığı İrana hər hansı yardım edə bilmir. Bu isə Rusiya ilə siyasi, iqtisadi və hərbi sahələrdə bu və ya digər səviyyədə əlaqələri olan digər dövlətləri bu münasibətlərə bir daha yenidən baxmağa məcbur edə bilər. Amma Lavrovun bəyanatının məğzi məhz həmin dövlətlərə, o cümlədən İrana bu dəstəyin nədən olmadığını göstərməkdir. Əslində Rusiya XİN-in bu xəbərdarlığı hansı səbəbdən deyilməsinə baxmayaraq kənardan proseslərə doğru və obyektiv yanaşma kimi görünür".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
35
50
musavat.com

10Sources