EN

İran ABŞ hərbçilərini məhv etdi: Əməliyyat mərkəzi belə vurulub

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Küveytdə İran dronunun zərbəsi nəticəsində ABŞ hərbçiləri həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Məlumata görə, İran dronu Küveytin Şuayba limanında yerləşən taktiki əməliyyat mərkəzinə zərbə endirib. Nəticədə altı amerikalı hərbçi həyatını itirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, bina möhkəmləndirilib, lakin hava hücumundan müdafiə sistemləri buraxılan bütün hədəfləri zərərsizləşdirə bilməyib.

“HHM sistemlərimiz var, çoxlu atəş açılır və onun böyük hissəsini dəf edirik. Amma təəssüf ki, bəzən bir mərmi müdafiəni yarıb keçə bilər. Bu dəfə mərmilərdən biri möhkəmləndirilmiş taktiki əməliyyat mərkəzinə düşdü. Partlayış kifayət qədər güclü idi”, – deyə nazir vurğulayıb.

Eyni zamanda, üç amerikalı hərbçi CBS News-ə bildirib ki, bina ofis kimi istifadə edilən yenidən qurulmuş qoşqu olub və yalnız yan tərəflərdən dəmir-beton baryerlərlə qorunub. Yuxarıdan endirilən zərbəyə isə davam gətirə bilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
globalinfo.az

1Sources