EN

Yasamalda avtomobil yandı, Bakı-Sumqayıt yolunda sıxlıq yarandı

Paytaxtın Yasamal rayonunda, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.

Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.


Telegram kanalımız
Chosen
22
15
yenisabah.az

10Sources