“Paris Sen-Jermen” klubu Viktor Osimhenin transferi ideyasını rədd edib.

Offsideplus.az xəbər verir ki, mümkün keçid klub üçün ümumilikdə 150 milyon avroya qədər transfer haqqı və illik 20 milyon avro maaş tələb edəcək.

Bundan əlavə, hücumçunun oyun profili baş məşqçi Luis Enrikenin tələblərinə uyğun hesab edilmir. Bu səbəbdən PSJ rəhbərliyi transfer istiqamətində irəliləməmək qərarı verib.

Beləliklə, Fransa çempionu yay transfer planlarında alternativ variantlara üstünlük verəcək.