Qlobal neft bazarında bahalı dövr yenidən başlayır.
Xezerxeber.az-ın məlumatına görə, dünya bazarında neftin qiyməti sürətlə bahalaşır.
Artıq “Azeri light” neftinin qiyməti 80 dollar ətrafındadır.
Regiondakı hərbi-siyasi risklər tədarük zəncirinə təsir etdikcə, Azərbaycan neftinin qiymətində də sıçrayışlar müşahidə olunur.
İqtisadçılar hesab edirlər ki, hadisələrin gedişatından asılı olaraq, qiymətlər üçrəqəmli həddə çata bilər.
İqtisadçi Elman Sadıqov deyir ki, yüksək neft qiymətləri hər zaman birmənalı müsbət effekt vermir. Azərbaycanın ərzaq və tikinti materialları kimi strateji sahələrdə idxaldan asılı olması, dünya bazarındakı bahalaşmanın ölkə daxilinə idxal edilmiş inflyasiya kimi qayıtması riskini yaradır.
Görünən odur ki, neftin bahalaşması qısamüddətli dövrdə büdcə gəlirləri üçün əlverişli olsa da, uzumüddətli perspektivdə qlobal iqtisadi sabitlikdən asılılıq hələ də yüksək olaraq qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.