BAKI, TurkicWorld, Orxan Qədirzadə
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin istiqrazlarının ticarətinə icazə verilib.
TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, ABB-nin yeni istiqrazlarının abunə yazılışı prosesi martın 4-də başlayacaq və martın 17-dək davam edəcək.
İnvestorlar üçün nəzərdə tutulan AZ2004004589 İSİN kodlu qiymətli kağızların birjada rəsmi yerləşdirilməsi isə 19 mart 2026-cı il tarixində həyata keçiriləcək.
| Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2004004589 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 50,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
| İllik gəlirlilik faizi | 10% |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
| Tədavül müddəti | 1 il |
| Ticarətə buraxılma tarixi | 19.03.2026 |
| Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |