EN

Sağlam yuxunun müddəti müəyyən edildi

Həkim-somnoloq Karema Maqomedova insanın hər gün nə qədər yatmalı olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, sağlam yuxunun müddətini "RİA Novosti" agentliyinə müsahibəsində adeyib.

"Çoxsaylı araşdırmaların nəticələri göstərir ki, sağlam olmaq üçün insanın orta hesabla yeddi saat yatması lazımdır", - deyə Maqomedova bildirib.

Bununla yanaşı, həkim qeyd edib ki, bu rəqəm insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Somnoloqun sözlərinə görə, "az yatan" insanlar üçün dörd-beş saatlıq yuxu kifayət edə bilər, "çox yatanlar" üçün isə bu müddət doqquz saatdan başlayır.

Chosen
39
3
publika.az

10Sources