AZ

Sağlam yuxunun müddəti müəyyən edildi

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Həkim-somnoloq Karema Maqomedova insanın hər gün nə qədər yatmalı olduğunu açıqlayıb.

Hurriyyet.info xəbər verir ki, o, sağlam yuxunun müddətini "RİA Novosti" agentliyinə müsahibəsində adeyib.

"Çoxsaylı araşdırmaların nəticələri göstərir ki, sağlam olmaq üçün insanın orta hesabla yeddi saat yatması lazımdır", - deyə Maqomedova bildirib.

Bununla yanaşı, həkim qeyd edib ki, bu rəqəm insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Somnoloqun sözlərinə görə, "az yatan" insanlar üçün dörd-beş saatlıq yuxu kifayət edə bilər, "çox yatanlar" üçün isə bu müddət doqquz saatdan başlayır.

Maqomedova əlavə edib ki, insanın yuxusunu alıb-almadığını bir neçə sadə meyara görə müəyyən etmək olar. O əmin edib ki, əgər şəxs oyandıqdan 20-30 dəqiqə sonra gümrahlıq rejiminə keçirsə və gün ərzində problemsiz fəaliyyət göstərirsə, deməli, yuxu kifayət qədər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
3
hurriyyet.az

10Mənbələr