EN

“Yeni liderlər ortaya çıxır, bizimlə işləmək istəyirlər”- Trampdan İranla bağlı sensasion açıqlama

ABŞ prezidenti Donald Trump İranla davam edən müharibə fonunda yeni və diqqətçəkən açıqlamalar verib. O, İranda mövcud hakimiyyətin ciddi itkilər verdiyini, 49 yüksək vəzifəli şəxsin öldürüldüyünü iddia edərək ölkədə yeni liderlərin meydana çıxdığını bildirib və əlavə edib ki, Vaşinqtonun Tehranla işləməsi üçün “hələ gec deyil”.

“İranda yeni liderlər peyda olur”

Trampın sözlərinə görə, İranda yüksək səviyyəli rəhbərliyin sıradan çıxarılması daxildə dərin siyasi boşluq yaradıb. “49 yüksək vəzifəli lider öldürülüb, bunu unutmayın. Bu, çox dərin məsələdir. Əvəzedicilər ortaya çıxır. Bu işi istəyənlər çoxdur və bəziləri olduqca yaxşı ola bilər”, – deyə o vurğulayıb.

ABŞ prezidenti yeni hökumətlə işləməyin gec olub-olmadığı barədə suala isə qısa cavab verib: “Xeyr, hələ gec deyil”.

“Onlar tükənir”

Tramp müsahibəsində İranın hərbi imkanlarının sistematik şəkildə zəiflədiyini iddia edib. Onun sözlərinə görə, İranın vacib hərbi texnikası və buraxılış sistemləri sıradan çıxarılır:

“Onlar tükənir və mövqeləri tükənir, çünki ağır şəkildə məhv edilirlər. Onların buraxılış sistemləri də tükənir”.

Bu açıqlamalar ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların davam etdiyi, eyni zamanda Tehranın İsrailə və bölgədəki ABŞ hərbi bazalarına cavab zərbələri endirdiyi bir dövrə təsadüf edir.

“Biz sürətlə istehsal edirik”

ABŞ prezidenti ölkəsinin hərbi potensialının “məhdudiyyətsiz” olduğunu iddia edib. Onun sözlərinə görə, müdafiə sənayesi müəssisələri təcili sifarişlər əsasında intensiv rejimdə işləyir:

Chosen
124
50
aznews.az

10Sources