AZ

Tramp İrana qarşı əməliyyatın dayandırılması qərarını Netanyahu ilə birlikdə verəcək

BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatın nə vaxt başa çatacağı ilə bağlı qərarın İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə qəbul ediləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “The Times of Israel” qəzetinin müxbirləri ilə söhbəti zamanı danışıb.

ABŞ prezidenti qeyd edib ki, o, İsrailin baş naziri ilə daim əlaqə saxlayır.

“Mən düşünürəm ki, bu qarşılıqlı qərar olacaq. Biz ünsiyyətdəyik. Mən uyğun zamanda qərar verəcəyəm, lakin bütün amillər nəzərə alınacaq”, - deyə Tramp bildirib.

Seçilən
99
50
teleqraf.com

10Mənbələr