EN

“MTN bağları”nda qaz olmayacaq

Martın 4-də Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, "MTN bağları" adlanan ərazidə qaz təchizatında fasilələr yaranacaq.

 

Bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

 

Ceyranbatanda "MTN bağları" adlanan ərazidə d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsi ilə əlaqədar martın 4-də, saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1 600 istehlakçının qaz təchizatında fasilə yarancaq. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik.

Tarix: 3 Mart 2026, 22:09   
Chosen
73
6
pravda.az

9Sources