EN

Sovetski məhəlləsində qeyd edilən Od çərşənbəsi FOTO

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsidir.

Oxu.Az PhotoStock.az-a istinadən bildirir ki, od türkün düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb və bu inanc əsrlərboyu qorunaraq bu günə qədər gəlib çatıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Paytaxt Bakının "Sovetski" məhəlləsində də bu ənənə yaşadılır. Tonqallar qalanır, insanlar bir araya toplaşaraq Od çərşənbəsini qeyd edirlər.

Daha çox foto burada: PhotoStock.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
oxu.az

1Sources