EN

Bill Klinton Epşteyn adasındakı fotolara baxıb GÜLDÜ – Konqresdə QALMAQAL – VİDEO

Bill Klinton Epşteyn adasındakı fotolara baxarkən gülümsəyib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-nin keçmiş prezidenti Bill Klinton Konqresdə ifadə verərkən diqqətçəkən və qalmaqallı anlar yaşanıb.

Sabiq dövlət başçısı qalmaqallı milyarder Ceffri Epşteynin adasında çəkilmiş köhnə fotoşəkilləri nəzərdən keçirərkən gülümsəyib. Klintonun bu reaksiyası sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Məlumata görə, ifadə prosesi zamanı Bill Klintonun vəkili iki dəfə müdaxilə etməli olub. Belə ki, vəkil sabiq prezidentin əlində olan bəzi sənədləri ondan geri alıb.

Qeyd edək ki, Bill Klintonun adı uzun müddətdir Ceffri Epşteyn və onun qalmaqallı “ölüm adası” ilə hallanır.

Konqresdəki bu dindirilmə həmin əlaqələrin dərindən araşdırılması məqsədilə həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
31
interpress.az

1Sources