EN

KİV: Aralıq dənizində Rusiya bayrağı altında üzən tankerdə yanğın baş verib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aralıq dənizində Rusiya bayrağı altında üzən, mayeləşdirilmiş təbii qaz daşıyan "Arctic Metagaz" tankerində yanğın baş verib.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, gəmi heyətinin taleyi hələlik məlum deyil.

"MarineTraffic" izləmə platformasının məlumatına əsasən, tanker artıq bir sutkadan çoxdur əlaqə zonasından kənardadır. Son naviqasiya statusu mühərrik vasitəsilə hərəkət kimi qeydə alınıb.

Gəmi sonuncu dəfə Aralıq dənizinin mərkəzində, Malta sahilləri yaxınlığında mövqeyi barədə məlumat ötürüb. Tankerin uzunluğu 277 metr, eni isə 43.44 metrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
oxu.az

1Sources