EN

Ərbildə ABŞ hərbçilərinin olduğu hotel VURULDU - Qətər və Səudiyyədə RAKET HƏYƏCANI

İraq Kürdüstanının paytaxtı Ərbildə üç partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Shafaq News" portalı yerli mənbəyə istinadla məlumat yayıb.

Bildiririr ki, şəhərin Kasnazan bölgəsinə yaxın ərazidə partlayıcı qurğularla dolu pilotsuz uçan aparat düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İraqın "Saraya Avliya əl-Dam" silahlı qruplaşması isə Ərbildə ABŞ hərbçilərinin yerləşdiyi hoteli hədəf alan hücumları öz üzərinə götürüb. Məlumat "Irib News" Telegram kanalı tərəfindən də yayımlanıb.

Qətər Müdafiə Nazirliyi bildirir ki, İran ölkəyə doğru iki ballistik raket atıb. Onlardan biri Əl-Udeyd hərbi bazasına düşüb, digərini isə hava hücumundan müdafiə sistemi məhv edib. Nazirlik əlavə edib ki, xəsarət alan yoxdur.

Eyni zamanda, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi üzərində iki qanadlı raketi vurub. Nazirlik vurulan raketlərin Əl-Xərc şəhəri üzərində məhv edildiyini açıqlayıb.

Musavat.com

Chosen
50
5
musavat.com

6Sources