EN

“Sumqayıt”ın enişi, “Zirə”nin yüksəlişi

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Zirə” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. “Qartallar” iki oyunun nəticəsinə görə “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb – 0:0, 2:0.

Saşa İliçin rəhbərliyi altında mövsümə yaxşı başlayan “kimyaçılar” son dönəmlərdə enişdədir. Liqada ardıcıl xal itkiləri ilə geriləyən komanda kubokla da vidalaşdı. “Zirə” səfərində dişsiz oyun göstərən, rəqib müdafiəsini yara bilməyən “Sumqayıt” layiq olduğu məğlubiyyəti yaşadı.

Avrokuboklara vəsiqə mübarizəsində geri düşən “kimyaçılar” liqada üçüncü sıradakı “Turan Tovuz”dan 10 xal geri qalır. Fərqin aradan qaldırılması inandırıcı görünmür. Həm yuxarıdakı komandalar daha formadadır, həm də “Sumqayıt” sərgilədiyi oyunla o ümidi vermir.

Nəticələr bir yana, komandada intizamsızlıq da aşkardır. Heyətin ən təcrübəli adı Nikolo Ninkoviç son iki rəsmi matçda qırmızı vərəqə almaqla komandanı çətin duruma salır. Təcrübəsiylə fayda verməsi gözlənilən yarımmüdafiəçi əksinə yersiz vərəqələrlə planları pozur. İliçin onun barəsində tədbir görəcəyi gözlənilir.

“Sumqayıt” enişdədirsə, “Zirə” üçün yüksəlişdə demək olar. Rəşad Sadıqovun komandası son turlarda inamlı təsir bağışlayır. Liqada əsas rəqiblərindən “Araz-Naxçıvan”a qalib gələn “qartallar” çətin “Sumqayıt” səddini də rahatlıqla aşmağı bacardı. Qəsəbə komandası üçün hər iki yarışda mübarizə davam edir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
futbolpress.az

1Sources