EN

İranın müharibədə ƏSAS HƏDƏFİ - İsrail beşincidir... - FOTO

Məlumata görə, İranın İsrail və ABŞ-la münaqişənin başlanmasından bəri Fars körfəzi ölkələrinə atdığı raket və pilotsuz uçan aparatların (PUA) təxminən yarısı (50%-i) Birləşmiş Ərəb Əmirliklərini hədəf alıb.

Musavat.com xəbər verir ki, bu, İranın bölgədəki strateji maraqlarını və xüsusilə Əmirliklərə yönəlmiş təzyiqini göstərir.

Monitorinq kanallarının verdiyi məlumatlarda bildirilir ki, BƏƏ-dən sonra hədəf siyahısında Küveyt, Qətərr və Bəhreyn gəlir.

Hər üç ölkə İranın hücumlarında nisbətən daha az zərər alıb, lakin bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olduğunu göstərir.

Qeyd olunur ki, İsrail yalnız beşinci sırada yer alıb. Analitiklər bunun İranın əsas diqqətini daha çox Fars körfəzi monarxiyalarına yönəltdiyini, İsrailin isə nisbətən daha az zərbə aldığını göstərdiyini vurğulayır.

Bölgədə gərginlik artmaqda davam edir və təhlükəsizlik ekspertləri İranın hədəflərinin genişləndiyi təqdirdə yeni hücumların da mümkün olduğunu bildirir.

Musavat.com

Chosen
77
musavat.com

1Sources