Amasiya Rayon icmasında yubileyə hazırlıq işlərinə həsr olunmuş yığıncaq keçirilmişdir
Martın 3-də Qərbi Azərbaycan İcması Amasiya Rayon İcmasında Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq məqsədi ilə Təşkilat komitəsinin növbəti işgüzar iclası keçirilib. Tədbiri açıq elan edən Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov qeyd edib ki, Ağbaba aşıq mühitinin çağdaş nümayəndəsi Aşıq İsgəndər Ağbabalı yeganə el sənətkarıdır ki, barəsində xeyli məqalələr, ədəbi irsindən örnəklər müxtəlif kitablarda çap edilmiş, haqqında bir neçə kitab işıq üzü görmüşdür. Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyi ilə əlaqədar hal-hazırda şair-publisist Şəmsi Qoca tanıtım kitabı, Şahbaz Balakişiyev isə 2 hissədən ibarət kitab hazırlayıb, müxtəlif digər tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qərbi Azərbaycan İcmasının sektor müdiri Əbdüləli Həsənov Aşıq İsgəndər Ağbabalının 100 illik yubileynin yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini elan etdi. Professor Avtandil Ağbaba görülmüş işlər barəsində müfəssəl məlumat verdi. Şahbaz Balakişiyev “Aşıq İsgəndər Ağbabalı 100” kitabının ilkin variantının çapa hazır olduğunu diqqətə çatdırdı. Professor Aslan Bayramov bəzi düzəlişlərə ehtiyac olduğunu nəzərə çatdırdı. Şair-publisist Şəmsi Qoca hazırladığı tanıtım kitabının çapa tam hazır olduğunu bildirdi. Aşıq İsgəndər Ağbabalının oğlu aşıq Faxfur əlavə bir neçə foto materialların da kitaba əlavə edilməsini təklif etdi. Elmar Hüseynov çıxışında bildirdi ki, Aşıq İsgəndər Ağbabalının vaxtilə Şəmkir şəhərində yaşadığı evin fasadına məlumat lövhəsinin vurulması məqsədi ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə müraciət ünvanlansın.
Akademik Abel Məhərrəmov çapa hazırlanan kitablar üzrə texniki dəstəyi icmanın fəalı Elmar Kərimova edildiyini qeyd edərək əlavə tapşırıqlarını və tövsiyələrini təşkilat komitəsi üzvlərini diqqətinə çatdırdı.
Akademik Abel Məhərrəmov bütün təklif və iradları nəzərə almaqla Aşıq İsgəndər Ağbabalının 100 illik yubiley ilə əlaqədar hazırlığı qənaətbəxş hesab etdi. Təşkilat komissiyasının növbəti və yekun iclasının keçirilməsi vaxtı müəyyən edildi.
Akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcmasının sektor müdürü Əbdüləli Həsənovu 60 illik yubileyi münasibəti ilə təbrik etdi və onu “Fəxri Diplom”-la təltif etdi. Daha sonra bildirdi ki, I Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan artilleriya mayoru Əbdüləli Tağ oğlu Həsənov Qazaxıstan Respublikasının “Tacikistan-Əfqanıstan sərhədində döyüşlərin iştirakçıları” Müharibə Veteranları İctimai Birliyinin “Turan” xatirə medalı ilə təltif olunub. İcma sədri Turan Türk Dövlətləri Müharibə Veteranları Birliyinin sədri Murat Muxamedjanovun adından Əbdüləli Həsənovu təbrik edərək ona “Turan” medalını və vəsiqəni təqdim etdi. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.