EN

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Martın 3-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Chosen
44
49
missiya.az

10Sources