Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ekspertlər Məclisi (Xobreqan) yeni dini liderin seçilməsi ilə bağlı müxtəlif variantlar üzərində düşünür.
Axar.az-ın məlumatına görə, bu barədə İranın SEPAH-la əlaqəli media orqanı olan “Saberin Nyus” məlumat yayıb.
“Ekspertlər Məclisi tərəfindən nəzərdən keçirilən şəxslər Əlirza Ərafi, Seyid Haşim Hüseyni Buşehri, Həsən Xomeyni, Həsən Ruhani, Müctəba Xamenei və Sadiq Ərdəşir Laricanidir. İndiyə qədər heç bir seçim qətiləşməyib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “İran İnternational” Ekspertlər Məclisinin Müctəba Xameneini İranın növbəti lideri seçdiyini yazıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.