EN

Zirə nin kapitanı üçün 200 cü matç

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Zirə"nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb. Qismət çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, onun “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Alıyev 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
11
sportal.az

10Sources