AZ

“Zirə”nin kapitanı 200-ə çatdı

"Zirə"nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb. Qismət çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, onun “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Alıyev 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

“Neftçi”dən azarkeşlərə jest - Biletlərdə endirim edildi

Rəşad Sadıqov: “Kubok və Premyer Liqada əsas mərhələyə giririk”

“Zirə” yarımfinalda - YENİLƏNİB

“Xankəndi” evdə, “Ağdaş” səfərdə qalib gəlib

Millimizin baş məşqçisi: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”

Seçilən
105
11
apasport.az

10Mənbələr