EN

“ABŞ İranda İraqdakı kürd terrorçularından istifadə etməyə çalışır”

“ABŞ prezidenti Donald Tramp Şimalı İraq Kürd Muxtariyyətinin lideri M.Bərzani və digər siyasi partiya liderləri ilə telefonla danışıb. Bu telefon danışığının əsas məqsədi silahlı kürd qruplarının İrana müdaxilə etməsinə nail olmaqdır. Qeyd edim ki, ABŞ İrana qarşı öz qoşunları vasitəsi ilə quru əməliyyatı keçirmək istəmir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, bunu əsasən, silahlı kürd terror təşkilatları vasitəsilə həyata keçirməyi planlaşdırır:

“Hazırda İran-İraq sərhəddində İranın silahlı qüvvələri kürd silahlı qruplaşmaların sərhəddi keçməsinin qarşısını alır. Bunun qarşısını almaq üçün İsrail İran-iraq sərhəddini qırıcılarla vuraraq terrorçuların keçməsinə şərait yaratmağa çalışır. ABŞ -İsrail İranda kürd silahlılarından İranda yeni silahlı qarşıdurma yaratmağa çalışır. Görünür, Tramp kürdlərə muxtariyyət sözü verib. Halbuki, kürd liderlər Suriya ssenarisinə diqqət edib, ordan nəticə çıxarmalıdır. Uzun müddət ABŞ Suriyada YPG silahlandırdı. Onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etdi. Orada da kürd muxtariyyətinin yaradılmasına söz vermişdi. Sonda ABŞ kürd silahlıları Suriya ordusu ilə üzbəüz qoyaraq onlara dəstəyi kəsdi. Eyni prosesi ABŞ İranda kürdlərin əli ilə etməyə çalışacaq. Yenə də uduzan tərəf kürdlər olacaq. Ümumiyyətlə, İranda kürd muxtariyyətinin yaradılmasına Türkiyə və Azərbaycan razı ola bilməz”.

Politoloq deyib ki, ABŞ Yaxin Şərqdə hərbi bazalari sıradan çıxarılır:

“Həmçinin İsrailin təhlükəsiz və müdafiə qabiliyyətinin yüksək səviyyədə olmadığı aydın oldu. ABŞ İrana qarşı hərbi əməliyyatları yeni dünya siyasi nizamında Yaxın Şərqdə öz geosiyasi mövqelərini gücləndirmək və Çinin regiona daxil olmasını qarşısını almaqdır. İranın hərbi infrastrukturu dağıdılır və ölkə kifayət qədər zəifləyəcək. Amma, xalqın ayağa qalxıb sistemi dəyişməsi mümkün deyil. Bundan sonra, İran xalqı R.Pəhləvini qəti şəkildə qəbul etməyəcək. Beynəlxalq hüquq baxımından İrana hücum yolverilməzdir. Amma, İranın Yaxin Şərqdə və qonşularına qarşı siyasəti birmənalı olmayıb. Qeyd edim ki, İran nüvə silahı əldə etməsi mümkün idi. Çünki, İran nüvə silahına özünün varlığı kimi baxırdı. Artıq 28 fevraldan əvvəlki İran olmayacaq. Yaxın Şərqin siyasi nizamı dəyişir. Bundan sonra da Ərəb ölkələri ABŞ etimad etməyəcək”.

Vasif ƏLİHÜSEYN

Chosen
15
50
adalet.az

10Sources