EN

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

Qusar, 4 mart, AZƏRTAC

Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub.

AZƏRTAC xəbər verir ki, U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.

U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib çıxıb.

Mükafatlandırma mərasimində qaliblər medallarla təltif ediliblər.

Chosen
17
6
azertag.az

7Sources