EN

"Sabah" PSJ-nin qapıçısını transfer edir

style='margin-bottom:10px;'>

PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Sabah" mərakeşli qapıçını mövsümün sonunda heyətinə cəlb edəcək. Mərakeşin U-20 millisinin üzvü olan 22 yaşlı qolkiperin PSJ ilə müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, Bilal Laurendon PSJ-nin akademiyasının yetirməsidir. O, klubun U-23 komandasında çıxış edir. 

Chosen
125
1
teleqraf.com

2Sources