AZ

PSJ-nin qapıçısı “Sabah”a keçir

PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Bildirilir ki, “Sabah” mərakeşli qapıçını mövsümün sonunda heyətinə cəlb edəcək. 20 yaşlı qolkiperin PSJ ilə müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, Mərkaeşin U-20 millisinin üzvü olan Bilal Laurendon PSJ-nin akademiyasının yetirməsidir. O, klubun U-23 komandasında çıxış edir.

Seçilən
94
1
msport.az

2Mənbələr