EN

"Xameneinin istənilən varisini məhv edəcəyik"

Xameneinin istənilən varisini məhv edəcəyik.

Bakıvaxtı.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Onun sözlərinə görə, İsrail ordusu Xameneinin yerinə təyin ediləcək istənilən İran liderini öldürməyə cəhd göstərəcək.

“İranın terror rejimi tərəfindən İsraili məhv etmək planını davam etdirmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini təhdid etmək, həmçinin İran xalqını sıxışdırmaq məqsədilə təyin olunacaq istənilən lider birmənalı şəkildə məhv edilməli hədəf olacaq”,- deyə Katzın bəyanatında qeyd olunub.

Katzın sözlərinə görə, həmin varisin adının nə olması və harada gizlənməsinin fərqi yoxdur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər./Trend

Chosen
2
2
bakivaxti.az

3Sources