AZ

Xameneinin istənilən varisini məhv edəcəyik – Katz

Bakı. Trend:

Xameneinin istənilən varisini məhv edəcəyik.

Trend İsrail KİV-əistinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsraelKatz bildirib.

Onun sözlərinə görə, İsrail ordusu Xameneinin yerinə təyinediləcək istənilən İran liderini öldürməyə cəhd göstərəcək.

“İranın terror rejimi tərəfindən İsraili məhv etmək planınıdavam etdirmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini təhdidetmək, həmçinin İran xalqını sıxışdırmaq məqsədilə təyin olunacaqistənilən lider birmənalı şəkildə məhv edilməli hədəf olacaq”,-deyə Katzın bəyanatında qeyd olunub.

Katzın sözlərinə görə, həmin varisin adının nə olması və haradagizlənməsinin fərqi yoxdur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr